reklam
Sportfm.az xəbər saytı

"Yuventus"un hücumçusu "Everton"da


İngiltərənin "Everton" klubu "Yuventus"un hücumçsu Moyze Kini transfer edib.

Sportfm.az xəbər verir ki, Liverpul təmsilçisi italiyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

Bu keçid üçün Turin klubuna 30 milyon avro təzminat ödənilib.

Gənc ulduz transferi ilə bağlı bu sözləri deyib:

"Everton" formasını geyinəcəyim üçün qürur duyuram. Komanda üçün əlimdən gələni edəcəm. Müqavilə imzalamağı ağlıma qoymuşdum, çünki "Everton" gələci düşünən klubdur və mən də beləyəm. Klubun böyüklüyünü bilirəm. Klubun hədəflərinə çatmasına yardımçı olmaq üçün çox çalışacam, böyük hirsim var. Qalib gəlməyə alışmışam və bunu "Everton"a da gətirməyə çalışacam. Ümid edirəm ki, meydanda yaxşı işlər görəcəm və azarkeşləri əyləndirəcəm".

19 yaşlı hücumçu "Yuventus"un yetirməsidir. Kin İtaliya yığmasında 3 oyuna 2 qol vurub.

 

Image

Oxşar xəbərlər

“Everton” tarixi müqaviləyə imza atdı
"Everton"un futbolçusu cəzalanacaq - Ziyafət təşkil etdiyi üçün
"Yuventus" gənc ulduzunu "Everton"a satır
"Yuventus" 30 milyon avroluq təklifi imtina etdi
"Everton"un futbolçusu rəqib fanata hədiyyə verdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər