reklam
Sportfm.az xəbər saytı

"Everton"un futbolçusu cəzalanacaq -Ziyafət təşkil etdiyi üçün


İngiltərənin "Everton" klubunun futbolçusu Moyze Kin cəzalandırılacaq. 

Sportfm.az xəbər verir ki, buna 20 yaşlı hücumçunun modellərlə birlikdə ziyafət təşkil etməsi səbəb olub. 

"Everton" davranışın pandemiya zamanı klubun siyasətinə zidd olduğunu bildirib, italiyalı forvarda 100 min funt sterlinq (124 min ABŞ dolları) məbləğində cəza veriləcək. Bu, oyunçunun iki həftəlik maaşına bərabərdir.  

Qeyd edək ki, İngiltərə Premyer Liqası koronavirusa görə dayandırılıb, Moyze Kin 2019-cu ilin avqustundan "Everton"da çıxış edir. 

Oxşar xəbərlər

“Everton”un xalları silindi
“Everton” tarixi müqaviləyə imza atdı
"Arsenal"ın futbolçusu "Everton"da
"Yuventus"un hücumçusu "Everton"da
Müdafiəçi üçün 30 milyon funt-sterlinq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər