reklam
Roberto Bordin:
Sportfm.az xəbər saytı

Roberto Bordin:"Nəticəni birlikdə görəcəyik"


"Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki "Bney Yehuda" çox yaxşı müdafiə olunur". 
Sportfm.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının III təsnifat mərhələsinin "Bney Yehuda" ilə sabah keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis İsrail klubunun müdafiəyə daha çox diqqət etdiyini bilidirib: "Rəqib İsrail Superkuboku matçında 9-10 nəfərlə müdafiə olundu. Oyunboyu çalışırlar topa daha çox nəzarət etsinlər. Fərdi keyfiyyəti yüksək olan futbolçuları var. Rəqib əks-hücumlardan yaxşı yararlanır. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdır. Bunu bacarsaq, sərfəli nəticə qazana bilərik".
Bordin getdikcə "Neftçi"nin hədəflərinin böyüdüyünü qeyd edib: "Əlbəttə ki, oyundan-oyuna özümüzün də gözləntilərimiz artır. Bununla kifayətlənmək istəmirik. Yaxşı futbol göstərmək üçün əlimizdən gələni edəcəyik. Nəticəni birlikdə görəcəyik".
Bordin sabahkı oyunun taktiki sxemi haqda danışmaq istəmədəyini bildirib: "Sabahkı oyunun taktikası komanda daxilində qalır. Bunu açıqlamağı düzgün hesab etmirəm. Bir daha qeyd edirəm ki, "Bney Yehuda" bütün komanda ilə müdafiə olunur və rəqibin səhvini gözləyir. Bizə qarşı necə çıxış edəcəklərini bilmirəm. Amma həm müdafiə, həm də hücum baxımından yaxşı təşkilatlanıblar. Rəqibi analiz etmişik, necə oynadıqlarını izləmişik. Texnikalı oyunçuları var, əks-hücumdan yaxşı yararlanırlar. Amma bizə qarşı necə oynayacaqlarını bilmirəm".
R.Bordin "Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev "Bney Yehuda"nın "Neftçi"ni keçmək şansının sıfıra bərabər olması fikrinə də münasibət bildirib: "Əmir Ağayevin niyə belə açıqlama verməsi mənə qəribə gəlib. Sabah hakim fitindən sonra hər iki komanda üçün çox şey dəyişə bilər. Buna görə də onun fikri ilə razı deyiləm. Düşünsək ki, rəqibin bizi keçmək şansı sıfıra bərabərdi, yanlışıq olardı".

Oxşar xəbərlər

"Azərbaycan millisi yaxşı komandadır" - Roberto Bordin
""Neftçi"ni keçərik" - "Bney Yehuda"nın müdafiəçisi
"Növbəti mərhələyə adlayan tərəf biz olacağıq" - Roberto Bordin
"Çalışacağıq ki, təlaş olmasın" - Namiq Ələsgərov
"Neftçi"yə qarşı mübarizə aparmaq çətin olacaq" - "Bney Yehuda"nın baş məşqçisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər