reklam
Lisenziya xarakterli təsnifat turnirləri başa çatdı
Sportfm.az xəbər saytı

Lisenziya xarakterli təsnifat turnirləri başa çatdı


2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının voleybol yarışlarına lisenziya xarakterli təsnifat turnirlərinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, altı ölkədə (Polşa, Çin, ABŞ, Braziliya, Rusiya, İtaliya) keçirilən təsnifat turnirlərində qruplarda birinci olan Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya, İtaliya yığma komandaları Tokio Olimpiadasına vəsiqə əldə ediblər.

Voleybol üzrə qadınlardan ibarət milli komandamız Braziliyanın Uberlandiya şəhərində keçirilən turnirdə D qrupunda çıxış edib. Millimizin rəqibləri Braziliya, Dominikan Respublikası və Kamerun yığmaları olub. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün milli komandamızın daha bir şansı var. Belə ki, 2020-ci ilin yanvarında Avropa qitəsinin komandaları arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turniri keçiriləcək. Turnirdə iştirak edəcək komandalar 2019-cu il Avropa çempionatından sonra müəyyən olunacaq. Avropa çempionatının nəticələrinə görə ilk yeddilikdə yer alan yığmalar və turnirə ev sahibliyi edəcək komanda 2020-ci ilin yanvar ayında keçiriləcək turnirdə iştirak edə biləcək. Səkkiz komandanın iştirak edəcəyi turnirdən yalnız bir komanda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Oxşar xəbərlər

Olimpiadaya qazanılan lisenziyalar ləğv olunmayacaq
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
Millimiz Braziliyadakı son yoxlama oyununda uduzdu
Yığmamız Olimpiya Təsnifat Turnirinə yollandı
Millimizin oyunlarının vaxtı dəqiqləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər