Millimizin futbolçusu İspaniyada klubunu dəyişdi
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatının I Divizonunda çıxış edən “Alkorkon”u tərk edib.
Sportfm.az xəbər verir ki, hazırkı klubu ilə 2020-ci ilin iyulunadək müqaviləsi olan 27 yaşlı yarımmüdafiəçi eyni liqada yer alan “Albasete”yə keçib. Onun transferi ilə bağlı klublar arasında razılıq əldə olunub.
İsrafilovun bu gün “Albasete”nin oyunçusu kimi ictimaiyyətə təqdim ediləcəyi bildirilir.
Qeyd edək ki, İsrafilov “Alkorkon”a ötən ilin yanvarında “Ximnastik”dən keçib. Lakin komandanın yeni baş məşqçisi Fren Fernandes yarımmüdafiəçinin xidmətində maraqlı olmadığı üçün onun adını Marbelyadakı təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməyib.
Milli üzvü daha əvvəl İspaniyanın digər təmsilçiləri - “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib. İsrafilovun atası anqolalı, anası azərbaycanlıdır.
Oxşar xəbərlər
İsrafilovlu “Albasete”dən qələbə - İspaniya 2-ci liqa
Eddi İsrafilovun komandası qələbə qazandı - 1:0.
İsrafilovun qolu “Albasete”yə qələbə qazandırdı - 2:1
Millimizin üzvü uğursuzlar arasında
Millimizin futbolçusu İspaniya klubuna transfer olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











.jpg)



Misli Premyer Liqası