reklam
70 nəfərlik heyət Bakıya gəldi -
Sportfm.az xəbər saytı

70 nəfərlik heyət Bakıya gəldi -Avro-2020 üçün


2020-ci ildə təşkil olunacaq Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələrinin bu gün Bakıya işgüzar səfəri başlayıb. 

 

Sportfm.az xəbər verir ki, 70 nəfərlik heyətlə paytaxtımıza gələn Avropa futbol təşkilatının nümayəndələri oyunların təşkilati prosesinə aidiyyəti olan müxtəlif sahələr üzrə işlərin gedişi ilə tanış olacaqlar. UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, Avro-2020-nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək, Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, Fan zonanın təşkil olunması planlaşdırılan ərazilərlə tanış olacaqlar.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, Avro-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.
 

Oxşar xəbərlər

Elxan Məmmədov SOCAR-ın nümayəndəsini salamladı - FOTO
UEFA nümayəndələrinin Bakıya sonuncu səfəri
UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda
Bakının “Avro-2020”yə hazırlığı müzakirə olundu
UEFA nümayəndələri Elxan Məmmədovla görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər