"“Qarabağ”ın oyunçularından almaq istəyərdim” -“Linfild”in baş məşqçisi
Avropa Liqasının pley-of mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Linfild”in baş məşqçisi Devid Hili oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
Sportfm.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öncə oyunu şərh edib:
- Çətin oyun olacaq. Fikrimcə, ilk görüşdə hesab 3:1 olsaydı belə, rəqib favorit olacaqdı. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik.
- Bakı barədə təəssüratlarınız necədi?
- Bakı çox gözəl şəhərdi. Bu gün qaldığımız otelin yanında gəzmək imkanımız oldu. Bakı haqda ancaq müsbət təəssüratlar var.
- Bura gələn komandalar bir qayda olaraq müdafiə futbolu sərgiləyir. Siz də bu ənənəni davam etdirəcəksiniz?
- Rəqib çox güclü komandadı. Evdə müsbət statistikaları var, az uduzublar. Güclü rəqibə qarşı müdafiə olunmalı olacağıq. İnanıram ki, nəticədən və oyundan razı qalacam.
- 1 milyon funt-sterlinqiniz olsaydı, “Linfild”in mərhələ adlamasına neçə faizini yatırardınız?
- UEFA qaydalarına əsasən, biz mərcə pul yatıra bilmərik. Sözsüz ki, “Qarabağ” favoritdir. Bu qədər pulum olsaydı, “Qarabağ”ın oyunçularından almaq istəyərdim. Məsələn, Riçard Almeyda, Xayme Romero və Rahil Məmmədovu istəyərdim.
- Mərhələ keçə bilməsəniz, təyyarədə gözünüzə yuxu gedəcək?
- Adətən səfərdən evə qayıdanda baş məşqçilər çox şeyi düşünürlər. Səyahətimiz uzun olacaq. Mərhələ keçə bilsək, bu səyahət daha yaxşı yadda qalacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov “Qarabağ”ın hədəfindən danışdı
"Heç kimin arxasınca düşüb forma almaq istəmirəm” - Maksim Medvedev
Qoran Sabliç: "Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır"
"Vacib məsələ olsa, müraciət edə bilərik" - Qurban Qurbanov
Vəli Qasımov: "İstəyərdim, yeni hücumçumuz olsun"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası