Zirədə bərabərlik qeydə alındı
Bu gün Azərbaycan Premyer Liqasında üçüncü tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında "Qəbələ" "Keşlə"ni qəbul edib. Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər qarşılaşmasında "Sabah" "Zirə"nin qonağı olub. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Üçüncü tura sabah keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Səbail" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, III tur
31 avqust (şənbə)
18:30 “Qəbələ” – “Keşlə” - 0:4
Qollar: Slavik Alxasov, 10, Tural Bayramlı, 39, Lorenso Frutos, 45+1, 90+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu
20:30 “Zirə” – “Sabah” - 1:1
Qollar: Soni Norde, 88 - Amadu Diallo, 35
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu.
Oxşar xəbərlər
Sənan Qurbanovun istefasına səbəb olan məğlubiyyət - VİDEO
"Qəbələ" "Keşlə"yə, "Zirə" "Sabah"a qarşı - YENİLƏNİR
"Keşlə" "Qəbələ"ni səfərdə darmadağın etdi - YENİLƏNİR
Premyer Liqada III tura Qəbələdə start veriləcək
"Səbail" "Keşlə"ni məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası