"Sevilya"dan "Qarabağ"ın oyunçusuna rəsmi təklif gəldi
"Qarabağ"ın hücumçusu Mahir Emrelini heyətinə qatmaq istəyən daha bir klubun adı bəlli olub.
Sportfm.az xəbər verir ki, "Sevilya" 22 yaşlı futbolçunu transfer etmək istəyib. İspaniya klubu Mahir üçün hətta "Qarabağ"a rəsmi təklif də göndərib.
Sevilyalıların yeni idman direktoru Ramon Monçi hələ "Roma"da işləyərkən Çempionlar Liqasının qrup mərhələsi oyunlarında gördüyü Emrelini "Sevilya"ya cəlb etmək istəsə də, keçid reallaşmayıb.
Buna səbəb isə La Liqa təmsilçisinin millimizin üzvünü "Sevilya"nın B komandasına götürmək istəyi olub. Aşağı liqada oynamaq istəməyən Mahir "Qarabağ"da qalmağa üstünlük verib.
İspaniya klubu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.
Millimizin hücumçusu ilə Pireney yarımadasının "Malaqa", "Ekstremadura" və Fransanın "Genqam" klubları da maraqlanırdı. (mənbə: offside.plus.az)
Oxşar xəbərlər
Polşa klubları Mahir Emreliyə elçi düşdü - Daha bir təklif
Dani və Mahir meydana çıxacaqmı? - aydınlıq gəldi
"Trabzonspor" Mahir Emrelini transfer etmək istəyir
Mahir Emreli Türkiyəyə yollanır!
Mahir Emrelini hansı klublar transfer etmək istəyir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası