reklam
Xorvatiya millisi problemlərlə üzləşdi
Sportfm.az xəbər saytı

Xorvatiya millisi problemlərlə üzləşdi


Xorvatiya millisi Azərbaycan və Slovakiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə matçlarından öncə problemlərlə üzləşib.

Sportfm.az xəbər verir ki, müdafiəçi Tin Yedvay və yarımmüdafiəçi Nikola Vlaşiç yığmanın sentyabrın 2-dəki məşqini zədə səbəbindən tərk edib. Lakin onların hər ikisi növbəti gün kollektivə qoşula bilib.

Bildirilib ki, yığmanın müdafiə xətti millinin baş məşqçisi Zlatko Daliç üçün problemə çevirilib. Komandanın əsas arxa xətt oyunçularından Deyan Lovren bu mövsüm İngiltərə "Liverpul"unda heç bir rəsmi görüşdə (4-ü Premyer Liqa, 1-i UEFA Super Kuboku) meydana çıxmayıb. Lovrenin Slovakiya ilə görüşdə hansı formada olacağı sual altındadır.

Sol cinah müdafiəçisi Borna Barişiç də Şotlandiya "Reyncers"ində eyni aqibətlə üz-üzə qalıb. 27 yaşlı futbolçunun klubun baş məşqçisi Stiven Cerrardla münasibətləri yaxşı deyil. Müdafiəçilərdən hazırda Tin Yedvay ("Bayer" Leverkuzen, Almaniya) və Karlo Bartolets ("Kopenhagen", Danimarka) nisbətən yaxşı durumdadır. 

Belə olan halda Daliçin qarşıdakı matçlarda digər müdafiəçilər - Belçika "Brügge"sində çıxış edən Matey Mitroviçə və "Osiyek"dən Mile Şkoriçə şans verəcəyi gözlənilir.

Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq. 

Oxşar xəbərlər

Xorvatlar Qətərə bu heyətlə yollanacaq - SİYAHI
Xorvatlar heyətlərini açıqladı
Xorvatiya millisinin Bakıya gətirəcəyi heyət məlum oldu - SİYAHI
Xorvatiya millisinin yığmamızla oyun üçün heyəti açıqlandı - SİYAHI
Modriç, Rakitiç, Perişiç... - Azərbaycanla oyuna dəvət alanlar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər