“Məhsul” stadionunda təmir işləri başladı
Paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işlərinə başlanılıb.
Sportfm.az xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb. Buna görə burada hər hansı idman tədbirlərinin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib və bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.
Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksində (“Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanıb.
Oxşar xəbərlər
"Xəzər Lənkəran"ın stadionu və bazası təmir edilir - komanda elitaya qayıdır?
Etibar Pirverdiyevin ağlar günə qoyduğu “Şahdağ” - Stadionu kimə satıblar?
Gəncəli futbolsevərləri sevindirəcək xəbər - Stadion təmir ediləcək
Gəncə şəhər stadionu Dövlət Proqramına salındı
Mərkəzi stadionun ürəkağrıdan durumu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası