Ronaldodan yeni rekord
“Avro 2020”nin seçmə mərhələsinin altıncı turu çərçivəsində ötən gün oynanılan Litva-Portuqaliya (1:5) qarşılaşması məşhur futbolçu Kriştiano Ronaldo üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, səfər matçında rəqib qapısına dörd dəfə yol tapan Portuqaliya millisinin kapitanı Avropa çempionatlarının seçmə mərhələlərində vurduğu qolların sayını 24-ə çatdırıb. Kriştiano Ronaldo bu göstərici üzrə irlandiyalı Robi Kini qabaqlayıb. Avropa çempionatlarının seçmə mərhələlərində 23 qolu olan Robi Kinin rekordu səkkiz ildir yenilənmədən qalırdı.
Otuz dörd yaşlı futbolçu Portuqaliya millisinin heyətində 159 oyunda 93 dəfə fərqlənib.
Avropada milli komandanın heyətində ən çox oyun keçirən futbolçu İtaliya yığmasının qapıçısı Canluici Buffondur – 176 dəfə.
Oxşar xəbərlər
Ronaldodan iki dünya rekordu
Kristiano Ronaldodan yeni rekord - Ən çox qol vuran futbolçu
Final mərhələlərində ən çox qol vuran futbolçular - SİYAHI
EURO 2016; Ronaldodan daha bir rekord
Ronaldo Fiqunun rekorduna şərik oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
"Arsenal" "Siti"yə məğlub oldu - Premyer Liqa
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
Azərbaycan kubokunda hakim təyinatları















Misli Premyer Liqası