reklam
Ronaldodan iki dünya rekordu
Sportfm.az xəbər saytı

Ronaldodan iki dünya rekordu


Portuqaliyalı futbolçu Kriştiano Ronaldo milli komandaların heyətində iki dünya rekorduna imza atıb.

Sportfm.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsində Portuqaliya və Lixtenşteyn yığmaları arasında keçirilən görüş 38 yaşlı hücumçu üçün beynəlxalq karyerasında 197-ci olub.

Bu göstəriciyə görə o, dünya rekordçusu olub.

Ronaldo millidə meydana çıxma sayına görə Küveyt yığmasında 196 oyun keçirən Bader Əl-Mutavanı geridə qoyub. Milli komanda üçün oyunların sayında ilk üç rekordçu 195 görüş keçirən malayziyalı So Çin Enn ilə bağlıdır.

Təcrübəli forvard bu qarşılaşmada həm də dubl edərək, millidə rəsmi matçlarda qol sayını 100-ə çatdırıb. Yoldaşlıq görüşləri ilə birlikdə isə o, 120 dəfə fərqlənib. 

Oxşar xəbərlər

Ronaldodan daha bir dünya rekordu
Daei Ronaldonu təbrik etdi - "Bu uğurun ona qismət olmasından qürur duyuram”
Kristiano Ronaldodan yeni rekord - Ən çox qol vuran futbolçu
Ronaldodan yeni rekord
Ronaldodan bir oyuna iki rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər