reklam
Yeni turnir
Sportfm.az xəbər saytı

Yeni turnir "Konfrans Liqası" adlanacaq


UEFA-nın təşkilatçılığı ilə keçiriləcək üçüncü avrokubok turniri "Konfrans Liqası" adlandırılacaq.

Sportfm.az xəbər verir ki, turnirin 2021/2022 mövsümündə başlaya biləcəyi vurğulanıb. Bu, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.

Yarışın formatının Çempionlar Liqasının formatı ilə  (32 komanda, 8 qrup) oxşar olacağı gözlənilir. Qrup liderləri 1/8 finala birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü olan komanda ilə qarşılaşacaq.

Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Oxşar xəbərlər

UEFA yeni turnir yaradır
Klublarımız üçün avrokubokda 2021/22 mövsümünün təqvimi - SİYAHI
Avropa Liqasına yolumuzu nə bağlayacaq?
UEFA yeni turnirinin adını açıqladı - Konfranslar Liqası
"Qarabağ"ın qazancı müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər