reklam
UEFA yeni turnirinin adını açıqladı -
Sportfm.az xəbər saytı

UEFA yeni turnirinin adını açıqladı -Konfranslar Liqası


UEFA 2021-ci ildən keçiriləcək üçüncü dərəcəli klub turnirinin adını rəsmən açıqlayıb.
 
Sportfm.az xəbər verir ki, gözlənildiyi kimi turnirin adı Konfranslar Liqası adlandırılıb. Bu, İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında təsdiqlənib.
 

Yarışın formatı Çempionlar Liqasının formatı ilə  (32 komanda, 8 qrup) oxşar olacaq. Qrup liderləri 1/8 finala birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü olan komanda ilə qarşılaşacaq.

Konfranslar Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

Turnirin oyunları cümə axşamları keçiriləcək.

Oxşar xəbərlər

Avrokuboklarda yeni format tətbiq ediləcək
Avrokubokların mükafat fondu açıqlandı - UEFA
Yeni turnir "Konfrans Liqası" adlanacaq
"Qarabağ"ın qazancı müəyyənləşdi
KDÇ-nin yeni formatı necə olacaq? - İnfantino açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər