reklam
Mahir Emrelinin evini soyanların kimlikləri bilindi
Sportfm.az xəbər saytı

Mahir Emrelinin evini soyanların kimlikləri bilindi


Binəqədi Rayon Polis idarəsinin əməkdaşları məşhur futbolçu, "Qarabağ" futbol klubunun hücumçusu Mahir Emrelinin evini soymaqda şübhəli bilinən şəxsləri müəyyənləşdirib.

Sportfm.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, Qazax rayonundan olan iki nəfər yeniyetmə qarətdə şübhəli bilinir.

Sözügedən şəxslər saxlanılmadığı üçün adları açıqlanmır. Onlardan biri oğurluğa görə artıq məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Oxşar xəbərlər

Polis Bakıda futbolçunu soyanları saxladı - 2 azyaşlı ifadə verəcək
Mahirin evini soyan oğrular saxlanıldı - Araşdırma davam edir
Mahirin talan olunan villası - VİDEO
Mahir Emrelinin evi qarət olundu
Məşhur azərbaycanlı boksçunun qardaşı həbs edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər