UEFA "Qarabağ"a intizam işi açdı
UEFA növbəti dəfə "Qarabağ" klubuna qarşı intizam işi açıb.
Sportfm.az xəbər verir ki, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə ev matçında baş verənlərlə əlaqədardır.
Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. "Sevilya"nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər.
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq.
Qarşılaşma "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. UEFA ölkə çempionunu bu mövsüm daha iki dəfə cərimə edib (Report).
Oxşar xəbərlər
UEFA “Qarabağ”ı cərimələdi
UEFA "Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı qərar gələn həftə açıqlanacaq
UEFA "Qarabağ"ı növbəti dəfə cərimələdi
UEFA "Qarabağ"a qarşı intizam işi açdı
UEFA "Qarabağ"a qarşı intizam işi açdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası