reklam
Ronaldo səs vermədi, Messi ən yaxşı oldu
Sportfm.az xəbər saytı

Ronaldo səs vermədi, Messi ən yaxşı oldu


Beynəlxalq futbol təşkilatı olan FİFA ilin ən yaxşı futbolçusunu seçib. Lionel Messi planetin ən yaxşısı adını alıb.

 

Sportfm.az xəbər verir ki, İspaniyanın “AS” qəzeti səsvermə protokolunu yayıb. Protokolda kimin kimə səs verməsi yer alıb.

Siyahıdan məlum olur ki, Messi ən yüksək balı (5) “Liverpul”lu Sadio Maneyə verib. Kriştiano Ronaldoya 2, “Barselona”da birlikdə oynadığı Frenk de Yonqa 1 xal rəva görüb.

Ronaldo isə özündən başqa 2019-cu il üçün dünyanın ən güclü üç futbolçusu sırasında Messini görmür. O, “Yuventus”da birlikdə çıxış etdiyi Matteys de Liqtə “5” verib. De Yonq Ronaldonun da siyahısında yer alıb. Üçüncü sırada isə Kilian Mbappenin adı çəkilib.

Messi FİFA versiyasına görə, dünyanın ən yaxşı oyunçusu müsabiqəsində Ronaldo və “Liverpul”un müdafiəçisi Vircil van Deyki geridə qoyub.

Oxşar xəbərlər

İlin ən yaxşı futbolçusu məlum oldu - Messi yenə birincidir
Messi yenə ən yaxşıdır - FOTO
FIFA ilin ən yaxşı futbolçusunu açıqladı
FIFA qalibləri açıqlayacaq
Robert Prosineçki və Rəşad Sadıqov kimə səs verdi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər