Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mançesterdə sülh, Londonda darmadağın
İngiltərə Premyer Liqasında IX tura yekun vurulub. Sportfm.az saytının məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutub. "Tottenhem” səfərdə "Bornmut”la heç-heçə oynayıb. "Arsenal” da doğma divarlar arasında "Midlsbro”nu yenə bilməyib. Ötən mövsümün çempionu "Lester” "Kristal Palas”ı məğlub edib. Günün son oyununda isə "Liverpul” öz meydanında "Vest Bromviç”ə qalib gəlib. Mançester təmsilçiləri isə meydana bazar günü çıxıblar. Əvvəlcə "Mançester Siti” "Sauthempton”la bərabərliyə razılaşıb. Turun son matçı isə həm də mərkəzi görüş olub. "Mançester Yunayted” "Çelsi” ilə oyunda darmadağına məruz qalıb - 0:4.
İngiltərə Premyer Liqası
IX tur
22 oktyabr
"Bornmut” – "Tottenhem” - 0:0
"Arsenal” – "Midlsbro” - 0:0
"Bernli” – "Everton” - 2:1
Qol: Voks, 39, Arfild, 90 - Bolasie, 58
"Hall Siti” – "Stok Siti” - 0:2
Qollar: Şakiri, 26, 50
"Lester” – "Kristal Palas” - 3:1
Qol: Musa, 42, Okazaki, 63, Fuş, 80 - Kabaye, 85
"Suonsi” – "Uotford” - 0:0
"Vest Hem” – "Sanderlend” - 1:0
Qol: Rayd, 90+4
"Liverpul” – "Vest Bromviç” - 2:1
Qollar: Mane, 20, Koutinyo, 34 - Makoli, 81
23 oktyabr
"Mançester Siti” – "Sauthempton” - 1:1
Qollar: İhenaççio, 55 - Redmond, 27
"Çelsi” – "Mançester Yunayted” - 4:0
Qollar: Pedro, 1, Keyhil, 21, Azar, 62, Kante, 70
Oxşar xəbərlər
“Mançester Yunayted” qələbəyə həsrət qaldı - YENİLƏNİR
"Liverpul"dan darmadağın, son çempion uduzdu
Liderlər qalib gəldi, “Suonsi” xal itirdi
“Mançester Siti”, “Arsenal” və “Liverpul” qələbə qazandılar
"Mançester Yunayted" və "Çelsi"dən növbəti qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası