reklam
Liderlər qalib gəldi, “Suonsi” xal itirdi
Sportfm.az xəbər saytı

Liderlər qalib gəldi, “Suonsi” xal itirdi


İngiltərə Premyer Liqasında X turun oyunları davam edir. Sportfm.az saytının məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutub. İlk olaraq "Arsenal” "Sanderlend”i onun meydanında darmadağın edib. "Mançester Yunayted” "Bernli”, son çempion "Lester” isə "Tottenhem”lə bərabərliyə razılaşıb. "Mançester Siti” və "Liverpul” isə turu 3 xalla başa vurub. Onlar uyğun olaraq "Vest Bromviç” və "Kristal Palas”ı səfərdə məğlub ediblər. 
"Çelsi” isə meydana bazar günü çıxıb. Londonlular "Sauthempton”a iki cavabsız qol vurublar.
 
İngiltərə Premyer Liqası
X tur
29 oktyabr

"Sanderlend” – "Arsenal” - 1:4
Qollar: Defo, 65 (pen.) - Aleksis Sançes, 19, 78; Jiru, 71, 76
 
"Mançester Yunayted” – "Bernli” 0:0
 
"Middlsbro” – "Bornmut” 2:0
Qollar: Ramirez, 39, Douninq, 56

"Tottenhem” – "Lester” 1:1
Qollar: Yansen, 44 - Musa, 48
 
"Uotford” – "Hall Siti” 1:0
Qol: Douson, 82 (öz qapısına)
 
"Vest Bromviç” – "Mançester Siti” 0:4
Qollar: Aquero, 20, 28, İlkay, 79, 90

"Kristal Palas” – "Liverpul” 2:4
Qollar: Makartur, 18, 33 - Emre Can, 16, Lovren, 22, Matip, 44, Firmino, 71
 
30 oktyabr
"Everton” – "Vest Hem” 2:0
Qollar: Lukaku, 50, Barkli, 76

20:00. "Sauthempton” – "Çelsi” 0:2
Qollar: Azar, 6, Dieqo Kosta, 55

1 noyabr
"Stok Siti” – "Suonsi” – 2:1
Qollar: Boni, 3, Mouson, 56 – Rautleq, 8

Oxşar xəbərlər

“Mançester Yunayted” qələbəyə həsrət qaldı - YENİLƏNİR
"Liverpul"dan darmadağın, son çempion uduzdu
Mançesterdə sülh, Londonda darmadağın
“Mançester Siti”, “Arsenal” və “Liverpul” qələbə qazandılar
"Mançester Yunayted" və "Çelsi"dən növbəti qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər