reklam
Sportfm.az xəbər saytı

"Sabah" "Səbail"i, "Keşlə" "Zirə"ni qəbul edəcək


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son 2 oyunu keçiriləcək.

Sportfm.az xəbər verir ki, qarşılaşmalar paytaxt stadionlarında təşkil olunacaq.

"Sabah" komandası "Bank Respublika Arena"da "Səbail"i qəbul edəcək. 

Turun son matçı isə "ASCO Arena"da "Keşlə" və "Zirə" arasında olacaq. 

Qeyd edək ki, turun ilk 2 oyununda "Qarabağ" evdə "Sumqayıt"ı 2:0, "Neftçi" isə səfərdə "Qəbələ"ni 3:0 hesabı ilə yenib.

Azərbaycan Premyer Liqası, VI tur

29 sentyabr (bazar)

17:30. “Sabah” – “Səbail”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

“Bank Respublika Arena”

19:45. “Keşlə” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“ASCO Arena”

Qeyd edək ki, hər iki görüş “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Oxşar xəbərlər

Növbəti turun təyinatları açıqlandı - Azərbaycan Premyer Liqası
Premyer Liqada 8-ci turun təyinatları açıqlandı
"Keşlə" "Zirə"ni, "Sabah" "Səbail"i məğlub etdi - YENİLƏNİB
Premyer Liqada 6-cı turun təyinatları məlum oldu - Ağayev "Keşlə"nin matçında
Azərbaycan Premyer Liqası: I turun təyinatları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər