reklam
Hemilton Şumaxerin 18 illik rekodunu yenilədi
Sportfm.az xəbər saytı

Hemilton Şumaxerin 18 illik rekodunu yenilədi


Rusiya Qran-prisini qazanan "Mercedes" pilotu Lüis Hemilton Mixael Şumaxerə məxsus 18 illik rekodu yeniləyib.

Sportfm.az xəbər verir ki, 2001-ci ildə keçirilmiş Belçika Qran-prisində Şumaxer Ayrton Sennanı liderlik etdiyi yarış sayında üstələyib. Karyerasının sonlarında almaniyalı pilotun müəyyənləşdirdiyi orientir 142-yə çatıb. Hemilton isə Soçidə qalib gəlməklə, 143-cü dəfə liderliyə müvəffəq olub.

Rusiya Qran-prisindən sonra xallarını 322-yə çatdıran britaniyalı pilot komanda yoldaşı Valtteri Bottasla xal fərqini 73-ə çatdırıb. Üçüncü yerdə Ferrari" pilotu Şarl Lekler 107 xalla qərarlaşıb. Hemiltonun bu mövsüm 9, karyerasında isə 82 qələbəsi var.

Oxşar xəbərlər

Hemilton Türkiyə Qran-prisində cəzalandı - Formula 1
Hemilton 7 qat dünya çempionu oldu - Uğur
Rusiya Qran-prisinin qalibi məlum oldu
Hemilton Rusiya Qran-prisinin qalibi oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər