Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Biz oyundan-oyuna artırırıq" -Elşad Quliyev
Bu gün futzal üzrə Yüksək Liqada III turun oyunlarına start verilib. Olimpik Starda baş tutan ilk matç Elşad Quliyevin rəhbərlik etdiyi "Marafon"la heyətində xeyli sayda iranlı futzalçı olan "Record club" arasında baş tutub. Anar Fərəcovun idarə etdiyi oyunda baxımlı oyun sərgiləyərək rəqibindən bir baş üstün olan "marafonçular" 9-2 hesabı ilə qələbə qazanıb. Qarşılaşma sonrası Sportfm.az saytına danışan birincilərin çalışdırıcısı Elşad Quliyev hesabın böyük olmasına baxmayaraq, qələbənin asan əldə edilmədiyini bildirdi: "Biz bütün rəqiblərə ciddi yanaşırıq. Bu il Yüksək Liqada çox fərqli oyun nümayiş etdirən komandalar var. "Record club"da onlardan biridir. Heyətində iranlı futzalçıların olması onların heç bir komandaya asanlıqla təslim olmayacağını göstərir. Biz əvvəlki iki oyunda məğlub olmuşduq, bu gün qalib gəlmək üçün əlimizdən gələni etdik. Köklənməmiz və psixoloji durumumuz yüksək səviyyədə idi. Bir an olsun belə "boşalmadıq". Düşünürəm ki, yavaş-yavaş ideal formamıza yaxınlaşırıq. Təbii ki, 100 faiz hazır olmaq mümkünsüz görünür. Amma biz oyundan-oyuna artırırıq".
“Marafon” FK – “Record club” 9:2
30 sentyabr. Olimpik Star. Saat 12:00
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vüsal Balaşov
Digər nəticələr:
“Xızı Futzal” – “Bakı” TFK 1-3
30 sentyabr. Olimpik Star. Saat 14:00
Hakimlər: Əli Cəbrayılov, Rahin Heybətov, Xəlil Xəlilov
“Neftçi” İK – EKOL 5-3
30 sentyabr. Olimpik Star. Saat 16:00
Hakimlər: Hikmət Qafarlı, Mehman Mahmudov, Fuad Həsənov
“Permier” (Quba) – “Baku Fire” 2-4
30 sentyabr. Olimpik Star. Saat 18:00
Hakimlər: Azər Əsgərov, Ramiz Məhərrəmov, Ziya Nəsirov
Oxşar xəbərlər
VI turun təyinatları açıqlandı
Yüksək Liqanın təyinatları açıqlandı
Futzal elitasında əzəli duel baş tutacaq
3-cü tura təyinatlar açıqlandı
EKOL "Marafon"u sınağa çəkəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










.jpg)




Misli Premyer Liqası