reklam
Füzuli” çətin vəziyyətə düşdü -
Sportfm.az xəbər saytı

Füzuli” çətin vəziyyətə düşdü -İş adamlarına müraciət etdilər


Azərbaycanda daha bir klub dağılmaq təhlükəsiylə üz-üzədi.

Sportfm.az xəbər verir ki, Region Liqasında mübarizə aparan “Füzuli” çətin vəziyyətə düşüb. Maliyyə problemləri yaşayan və yeni mövsümdə iştirakı sual altına düşən əyalət təmsilçisi iş adamlarına müraciət edərək kömək istəyib:

“Füzulimizin hörmətli iş adamları, imkanlı şəxsləri! "Füzuli" FK maddi sıxıntılar yaşayır. Komandamızın bu mövsüm Region Liqasında iştirakı sual altındadır. Biz klub olaraq futbolçularımızla danışdıq, hamı bir nəfər kimi təmənnasız oynayacaq.

Amma biz də belə etməyək, çoxunun çörəyi futboldan çıxır. Komandamızda 20 futbolçu var, imkanı olan füzulilərimizin hərəsi bir futbolçunun hər oyun 50 manatlıq xərcini öz üzərinə götürsün. İnanırıq ki, Füzulidən 20 nəfər imkanlı şəxs çıxacaq və komandamız fəaliyyətini davam etdirəcək”.

 

Oxşar xəbərlər

Azərbaycanda daha bir klub dağılır! - ŞOK
Regionlar Liqasının qalibi fəaliyyətini dayandırdı
AFFA-dan Region Liqası ilə bağlı daha bir qərar - Oyunun nəticəsi ləğv edildi
AFFA iki komandanı turnirdən uzaqlaşdırdı
"Şahdağ” heyətini yeni futbolçularla gücləndirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər