"Qəbələ" APOEL-lə bərabərə qaldı
"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, Çempionlar Liqasında çıxış edəcək “qırmızı-qaralar” I mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşıb. Nikosiyanın “Makarion” stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Qəbələ" artıq tarixində 3-cü dəfədir UEFA Gənclər Liqasında qüvvəsini sınayır. "Qırmızı-qaralar" 2016/2017 və 2018/2019 mövsümlərində bu turnirdə iştirak edib.
2 oktyabr
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, ilk oyun
18:00. APOEL (Kipr) – “Qəbələ” (Azərbaycan) - 1:1
Qollar: Giannis Satsias, 9-avtoqol (0:1), Qavriel, 48 (1:1)
Baş hakim: Furkat Atacanov (Qazaxıstan)
Nikosiya. “Makarion” stadionu
Oxşar xəbərlər
"Qəbələ AZ "Alkmaar"a qarşı - UEFA Gənclər Liqası
“Qəbələ” Gənclər Liqasında mübarizəni dayandırdı
"Qəbələ" UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək
"Qəbələ" Kiprdə ilk məşqinə çıxdı
"Qəbələ" növbəti mərhələdə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası