reklam
“Qəbələ” Gənclər Liqasında mübarizəni dayandırdı
Sportfm.az xəbər saytı

“Qəbələ” Gənclər Liqasında mübarizəni dayandırdı


“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb.

Sportfm.az xəbər verir ki, "Çempionlar yolu"nda mübarizə aparan Famil Xəlilovun komandası 1-ci mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşıb. 

Oyun "qırımızı-qaralar"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Nikosiyada keçirilən ilk görüşdən 1:1 hesablı heç-heçə ilə qayıdan "Qəbələ"nin mübarizəni dayandırıb. 

APOEL növbəti mərhələdə İspaniyanın "Saraqosa" klubu ilə qarşılaşacaq. 

UEFA Gənclər Liqası. 1-ci mərhələ. Cavab oyunu

24 oktyabr 

14:00. “Qəbələ” (Azərbaycan) – APOEL (Kipr) - 0:1

Qol: Yannis Satsias, 55
Hakimlər: Denis Şurman, Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:1.

 

Oxşar xəbərlər

"Qəbələ" mübarizəni dayandırdı - Gənclər Liqası
"Qəbələ AZ "Alkmaar"a qarşı - UEFA Gənclər Liqası
"Qəbələ" UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək
"Qəbələ" APOEL-lə bərabərə qaldı
"Qəbələ" növbəti mərhələdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər