reklam
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik etdi
Sportfm.az xəbər saytı

Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qrossmeyster Teymur Rəcəbovu Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə təbrik edib.

Sportfm.az saytının "Azərtac"a istinadən yaydığı xəbərə görə, təbrikdə deyilir:

"Əziz Teymur, Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".

Oxşar xəbərlər

İlham Əliyev İrəvanda medal qazanan türk idmançıları təbrik etdi
İlham Əliyev İtaliya prezidentini təbrik etdi - AVRO-2020
İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdi
Prezident və xanımı dünya çempionunu təbrik etdi
Ölkə prezidenti İlham Əliyev Ramil Quliyevi təbrik etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər