reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın ispaniyalı legioneri komandaya qoşuldu


"Qarabağ"ın futbolçusu Xayme Romero zədəsini sağaldıb. 

Sportfm.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi tam qüvvə ilə olmasa da, komanda ilə birlikdə məşqlərə başlayıb. İspaniyalı oyunçu Ağdam təmsilçisinin dünənki hazırlığında yer alıb. Romeronun Avropa Liqasının qrup mərhələsinin III turunda evdə Kipr APOEL-i görüşdə meydanda olacağı ehtimal edilir. 

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlanacaq. Xayme Romero sentyabrın 23-də "Qarabağ"ın "Zirə"ni 3:1 hesabı ilə yendiyi Azərbaycan Premyer Liqasının V tur matçında zədələnib.

Oxşar xəbərlər

Xayme geri döndü
"Qarabağ" legioner futbolçusunu əvəzedici heyətə göndərdi
Romerodan xəbər var - fizioterapiyaya başlayıb
"Qarabağ"ın legioneri 6 ay oynamayacaq - Zədə
APOEL artıq Bakıda - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər