"Araz"ı məğlub edən baş məşqçi:"Məşqdə etdiklərimizi 100 faiz meydanda həyata keçirdik"
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilmiş “Araz” – “Benfika” oyunundan sonra portuqaliyalıların baş məşqçinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Joel Rocha: “Çətin və maraqlı oyun oldu. Biz ağıllı, səliqəli, intizamlı oynadıq. Məşqdə etdiklərimizi 100 faiz meydanda həyata keçirdik. “Araz”ın üzləşdiyi problemdən xəbərdaram. Bu komandanın heyətində mübarizə aparan 6 oyunçu qəhrəmandır. Onlar iki gün ardıcıl olaraq bu cür oyunlar keçirdilər. Təbii ki, biz qrupu birinci pillədə başa vurmaq üçün mübarizəmizi sona qədər davam etdirəcəyik. Son matçda Belçika çempionu ilə qarşılaşacağıq ki, onlara meydan amilindən istifadə etməsinə imkan verməməyə çalışacağıq”.(azfutzal.az)
Oxşar xəbərlər
“Araz-Naxçıvan” Finlandiya çempionuna qarşı - Çempionlar Liqası
Joze Alesio Da Silva: "30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım”
Yığma komandamızın baş məşqçisi püşkü dəyərləndirdi: "Rəqiblərimizi böyüdüb, özümüzü kiçiltmirəm"
AFF prezidenti “Araz” klubunun üzvləri ilə görüşdü - FOTO
Çempionlar Liqasında "Araz"ın rəqibləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası