reklam
Mayamidə Formula 1 yürüşlərinə qarşı mitinq keçirildi
Sportfm.az xəbər saytı

Mayamidə Formula 1 yürüşlərinə qarşı mitinq keçirildi


Daha əvvəl xəbər verilmişdi ki, Qran-Prinin keçirilməsi barədə Formula 1 və Mayami arasında prinsipial sazişə nail olunub. Mərhələ Milli Futbol Liqası komandasının ev oyunlarının keçirildiyi “Hard Rock Stadium” arenasının ətrafında təşkil olunacaq.

Sportfm.az xəbər verir ki, amma Mayamidə bu təşəbbüs hamı tərəfindən xoş qarşılanmayıb. Stadionun yerləşdiyi rayonda etiraz aksiyaları keçirilib. Etirazçıların fikrincə, Formula 1 mərhələsinin keçirilməsi ekologiyaya mənfi təsir edəcək və səs-küy səviyyəsini yol verilməyən göstəricilərədək yüksəldəcək.

“Bu, yürüşü şəhərin mərkəzində keçirməkdən daha pisdir. Çünki yarışın mənfi fəsadları daha çox insana aid olacaq. Stadion hər tərəfdən yaşayış evləri ilə əhatə olunub”, - deyə “WSVN” Mayami-Deydin sabiq komissarı Betti Ferqyusonun sözlərindən sitat gətirir.

Qeyd edək ki, əvvəlcə Mayami Qran-Prisini şəhərin mərkəzində keçirmək planlaşdırılmışdı. Lakin yerli hakimiyyət orqanları bununla razılaşmayıblar.

Oxşar xəbərlər

Mayami avtodromunun adı dəyişdirildi - Formula 1
Azərbaycan Qran Prisi təxirə salınır? - RƏSMİ
Mayamidə Formula 1 yürüşü ilə bağlı ictimai dinləmələr keçirildi
Formula 1 Qran-prisinin dəstəklənməsi üzrə imza toplanır
ABŞ-da "Formula 1" üzrə daha bir Qran-pri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər