reklam
Sportfm.az xəbər saytı

"Hər oyun bizim üçün vacibdir" -Millimizin baş məşqçisi


Bu gün Bakı İdman Sarayında dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın və komandanın üzvü Xətai Bağırovun brifinqi olub.

Sportfm.az xəbər verir ki, millimizin baş məşqçisi Joze Alesio Da Silva bunları deyib: “Sabah – 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Təlim-məşq toplanışına isə dünəndən başlamışıq. Hazırlığımızı plan üzrə davam etdiririk. Təbii ki, komandanın qarşısına konkret məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq. Ancaq heyətlə bağlı problemlərimiz var. Kardoso Everton və Carvalho Vilela Dos Santos zədə səbəbindən komandaya qoşula bilməyəcəklər.  

Rəqiblərimiz haqda məlumat toplamışıq. Hər oyun bizim üçün vacibdir. Slovakiyanın əsas rəqibimiz olduğunu düşünə bilərsiniz, amma buna qədər Moldova və Monteneqronu məğlub etməliyik. Hazırlığımızı da bu istiqamətdə davam etdiririk”. 
Xətai Bağırov: “Toplanış çərçivəsində ikinci məşqimizi keçiririk. Hazırlıq prosesində baş məşqçi rəqiblərimizə qarşı necə oynayacağımızı məşq etdirir. Komandanın qarşısına konkret tapşırıq qoyulub.
“Araz”la UEFA Çempionlar Liqası turnirindəki nəticələrimiz yaxşı olmadı. Turniri 5-6 meydan oyunçusu ilə keçirdik. Dörd gün ərzində ardıcıl 3 oyun keçirdiyimizə görə, yorğunluq var idi. Bakıya döndükdən sonra 3 gün istirahət etdik. İndi hər şey qaydasındadır. Rəqiblərimizdən Slovakiya və Moldova ilə əvvəlki illərdə qarşılaşmışıq, uğurlu nəticələrimiz olub. Bu dəfə doğma meydanda, azarkeşlərimiz qarşısında oynayacağıq. Əlbəttə, yaxşı nəticə qazanmalıyıq”.

Oxşar xəbərlər

Joze Alesio Da Silva: "Onun yoxluğu planlarımıza ciddi təsir etməyəcək"
"Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq" - Xətai Bağırov
“Komandam oyunlara 80 faiz hazırdır” - Joze Alesio Da Silva
Joze Alesio: "Heyətlə bağlı qərarımı bugün verəcəm"
AFF prezidenti “Araz” klubunun üzvləri ilə görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər