Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Olimpiya Oyunlarına ayrılan büdcə artırıldı
2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar Azərbaycanın dövlət büdcəsindən 10,7 milyon manat vəsaitin ayrılması planlaşdırılıb.
Sportfm.az xəbər verir ki, bu, 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində əksini tapıb. Həmin sənədə əsasən, məbləğin 10 milyon manatı XXXII Yay Olimpiya Oyunlarında hazırlıq və iştirak üçündür. 700 min manat vəsait XVI Paralimpiya Oyunlarına qatılmaqdan ötrü nəzərdə tutulub.
Fiziki və əqli qüsurlu idmançıların yarışlarda iştirakı üçün isə 800 min manat ayrıla bilər.
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün 8 milyon manat ayrılmışdı.
Oxşar xəbərlər
Gələn il gənclər siyasəti üçün ayrılacaq məbləğ açıqlandı - 43 890 288,0 manat
Azərbaycanda idman sahəsinə xərclənmiş vəsait - 34,1 milyon
AFFA-nın 2019-cu il üçün maliyyə hesabatı - SİYAHI
Milli Paralimpiya Komitəsi 2019-cu il üçün gəlirlərini açıqladı
Azərbaycanda idman obyektlərinin tikintisinə nə qədər vəsait xərclənəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası