reklam
Azərbaycanda idman sahəsinə xərclənmiş vəsait -
Sportfm.az xəbər saytı

Azərbaycanda idman sahəsinə xərclənmiş vəsait -34,1 milyon


Ötən il Azərbaycanda 53 Olimpiya İdman Kompleksi və idman qurğularına xidmət göstərilməsinə 8,8 milyon manat yönəldilib.

Sportfm.az xəbər verir ki, bu barədə "2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, məqsəd gənclərin idmana həvəsinin artırılması, onların potensiallarının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsindən ibarətdir.

Lənkəran, Yardımlı, Tərtər, Beyləqan, Neftçala, Goranboy rayonlarında Olimpiya İdman komplekslərinin, Bakıda Azərbaycan Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi və Respublika Olimpiya Mərkəzinin təmiri üçün 33,6 milyon manat, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına 5 milyon manat vəsait sərf edilib.

2020-ci ildə bədən tərbiyəsi və gənclər siyasəti üzrə isə ümumilikdə 34,1 milyon manat xərc çəkilib.

Oxşar xəbərlər

AFFA-nın idman qurğularına ayırdığı vəsait açıqlandı
İdmançıların mükafat məbləği məlum oldu
Olimpiya Oyunlarına ayrılan büdcə artırıldı
Azərbaycanda daha 4 Olimpiya Kompleksi tikiləcək
Azərbaycanda idman obyektlərinin tikintisinə nə qədər vəsait xərclənəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər