"Kəpəz" oyuna “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxdı -FOTO
Futbol üzrə I Divizionun VII turunda keçirilən “Kəpəz” – “Qarabağ-2” matçı 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyi üçün Gəncə təmsilçisi görüş öncəsi xüsusi təşkilatçılıqla yadda qalıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqinə dəstək nümayiş etdirən "Kəpəz"in oyunçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıb.
Meydanda həmçinin böyük ölçülü üç rəngli bayraq açılıb. Bundan əlavə, stadionda Azərbaycanın Respublikasının Dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.
Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
"Kəpəz"i cərimələndi - QƏRAR
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
“Neftçi” və “Sabah” meydana xüsusi formalarla çıxdı - FOTO
"Zirə" və "Neftçi" matça hərbi geyimdə çıxdı - FOTO
Topaz Premyer Liqasının V turu rəqəmlərin gözü ilə - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası