reklam
Millinin yeni baş məşqçisi məlum oldu
Sportfm.az xəbər saytı

Millinin yeni baş məşqçisi məlum oldu


Futbol üzrə Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, "Levski"nin sabiq baş məşqçisi Georgi Dermenciyev yığmaya rəhbərlik etməyə razılıq verib.

64 yaşlı mütəxəssis Bolqarıstan Futbol İttifaqının (BFS) vitse-prezidenti vəzifəsinin səlahiyyətlərini icra edən Yordan Leçkovla danışdığını və məsələni rəsmi qaydada həll etməli olduqlarını söyləyib: "Milli komandanı qəbul etməyə razı oldum. Köməkçilərimi müəyyənləşdirməmişəm. Bu, milli komandadır və diqqətli seçim etməliyəm".

Qeyd edək ki, Bolqarıstan millisinin baş məşqçisi Krasimir Balakov və BFS-in prezidenti Borislav Mixaylov AVRO-2020-nin seçmə mərhələsində İngiltərəyə uduzduqları matçda baş verənlərdən sonra istefa verib. Həmin görüşdə bolqarıstanlı azarkeşlər irqçi davranışları ilə yadda qalıb. UEFA məsələ ilə bağlı intizam işi açıb. Mixail Kasabov qurumun müvəqqəti prezidenti olub. 

 

Oxşar xəbərlər

"Neftçi"nin sabiq prezidenti Bolqarıstan - Kosovo oyununda
Azərbaycan millisinin sabiq baş məşqçisi vəfat etdi - koronavirusdan
UEFA futbol federasiyasını cəzalandırdı
UEFA Bolqarıstanı cəzalandıra bilər
Millimizin baş məşqçisi Bosniya və Herseqovina yığmasına rəhbərlik edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər