Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA-dan yeni əməkdaşlıq müqaviləsi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Yohan Kroyff İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məqsəd qarşılıqlı əməkdaşlıq çərçivəsində idman və futbol sahəsində istedadların inkişafına, bilik və bacarıqların artırılmasına töhfə verməkdir. Əməkdaşlıq çərçivəsində Azərbaycanda bu institutun proqramlarında təhsil almaq istəyən şəxslər AFFA vasitəsilə daha əlçatan və güzəştli şərtlərlə iştirak edə biləcəklər. Bu imkan digər idman federasiyaları üçün də açıqdır.
Təşəbbüs yerli mütəxəssislərin beynəlxalq səviyyəli təhsil imkanlarından yararlanmasını təşviq edəcək, tərəflər arasında bilik və təcrübə mübadiləsini gücləndirəcək.
Bu əməkdaşlıq AFFA-nın futbol təhsili sahəsində beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və insan resurslarının inkişafına yönəlmiş strategiyasının bir hissəsidir. AFFA bununla ölkədə bu institutla əməkdaşlıq quran ilk idman federasiyası olub.
Yohan Kroyff İnstitutu idman idarəçiliyi, futbol biznesi, marketinq və liderlik sahələrində ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. 1999-cu ildən fəaliyyət göstərən institut hazırda 90-dan çox proqram təqdim edir və 11 mindən artıq məzunu ilə geniş qlobal şəbəkəyə malikdir.

Oxşar xəbərlər
AFFA yeni əməkdaşlıq müqaviləsi imzaladı
AFFA Anlaşma Memorandumu imzaladı
Azərbaycanla Litva arasında antidopinq sahəsində əməkdaşlıq
AFFA rəsmisi İngiltərəyə yollandı - FOTO
Azərbaycan və İordaniya Taekvondo federasiyaları Əməkdaşlıq Memorandumu imzaladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

.jpg)

Misli Premyer Liqası