Klub prezidenti futbolçuları “əsir” etdi
İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentis əsas komandanın futbolçularını bu həftənin sonuna qədər bazaya qapadıb.
Sportfm.az xəbər verir ki, 70 yaşlı funksioner Neapol təmsilçisinin son 3 matçda qalib gələ bilməməsinə görə bu addımı atıb. De Laurentis qərarını bu cür şərh edib: “Bu, cəza deyil, oyunçuların bir-birilərini yaxından tanımaqları üçün fürsətdir”.
Komandanın baş məşqçisi Karlo Ançelotti isə prezidentin qərarı ilə razı olmadığını söyləyib: “Klubun verdiyi qərarla razı deyiləm. Ancaq məşqçi məşqçi olaraq qalmalıdır. Bu, klubun verdiyi qərardır”.
Qeyd edək ki, Çempionlar Liqasında 7 xalla E qrupunun lider olan “Napoli” bu gün IV turda Avstriya təmsilçisi “Zaltsburq”u qəbul edəcək. A Seriyasında 18 xalla 7-ci sırada qərarlaşan neapollular noyabrın 9-da XII tur çərçivəsində evdə “Cenoa” ilə qarşılaşacaq.
Oxşar xəbərlər
İtaliya klubunun prezidenti koronavirusa yoluxdu
"Napoli"nin futbolçuları klubun bazasına qayıtmaqdan imtina etdilər
“İnter”in prezidenti dəyişdi
Prezident Çempionlar Liqasının ləğv edilməsini istəyir!
"Napoli" mafiya ilə əlaqələrdə günahlandırılır!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası