reklam
“İnter”in prezidenti dəyişdi
Sportfm.az xəbər saytı

“İnter”in prezidenti dəyişdi


İtaliyanın “İnter” futbol klubunun prezidenti dəyişib.

Sportfm.az xəbərn verir ki, Milan təmsilçisinin yeni rəhbəri Stiven Çjan olub.

Çinli iş adamı bu postda indoneziyalı Erik Tohiri əvəzləyib. O, “nerazzurri”nin 21-ci prezidenti olub. 27 yaşlı S.Çjan “İnter”in əsas səhimdarı “Suning Holdings Group”un sahibi Çjan Tszindunun oğludur. Bildirilir ki, S.Çjan atası 2016-cı ilin iyununda səhmləri əldə edəndən bəri klubun işinə nəzarət edir. E.Tohir isə son iki ildə formal şəkildə prezident postunu tutub.

Klubdakı digər əsas vəzifələrdə dəyişiklik olmayıb. “İnter”in sabiq kapitanı Xavyer Zanetti vitse-prezident, Alessandro Antonello isə baş menecer postunda qalıb.

Qeyd edək ki, “İnter” İtaliya A Seriyasında 9 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb. "Qırmızı-qaralar" Çempionlar Liqasında yer aldığı qrupda 6 xalla 2-ci sıradadır.

Oxşar xəbərlər

Argentinalı sabiq ulduz futbolçu Bakıya gəlir
"İnter" "Roma" ilə bərabərə qaldı - A Seriyası
Milan derbisində 6 qol - "İnter" liderdir
"İnter"i tam satdılar
27 yaşlı klub prezidenti - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər