Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millinin üzvləri ekskursiyaya getdi -FOTO
AFFA-nın təşəbbüsü ilə ötən ilin sonundan etibarən keçirilən silsilə məşğələlərdə aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının üzvləri ilə mənəviyyat, mədəniyyət, yaradıcılıq, insanlar arasında münasibət qurmaq, cəmiyyətdə mövqe qazanmaq kimi mövzularda müzakirələr aparılır, müxtəlif mədəni tədbirlər təşkil olunur.
Sportfm.az xəbər verir ki, növbəti belə tədbir Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda keçirilən təlim-məşq toplanışında baş tutub. Komanda üzvlərinin iştirakı ilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunub. Futbolçulara qoruq, qayaüstü rəsmlər və tarixi abidələrlə bağlı dolğun məlumat verilib.
Daha sonra tədbirin davamı olaraq Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov gənc futbolçulara məşğələ keçib, bu il ikinci dəfə keçirilən Nəsimi Festivalı haqda söhbət açıb. Həmin festivalın proqramını tərtib edilməsində və gerçəkləşmsində bilavasitə koordinator qismində əməyi olan qonaq video və fotolarla festivalın yaddaqalan maraqlı məqamlarını bölüşüb.



Oxşar xəbərlər
Azərbaycan yığmasının üzvlərinə münasibət qurmağı öyrətdilər - FOTOLAR
Gənc futbolçularımız qoruğa gedəcək
Millinin üzvləri üçün məşğələ keçirildi - FOTO
Futbolçular "Şirvanşahlar irsi dünya muzeylərində" oldu - FOTO
AFFA rəsmiləri yığma komanda ilə görüşdü - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












Misli Premyer Liqası