Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millinin üzvləri üçün məşğələ keçirildi -FOTO
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərinin ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə Cahangir Səlimxanovun rəhbərliyi altında məşğələ keçirilib.
Sportfm.az xəbər verir ki, hər bir məsələyə yaradıcı və yenilikçi yanaşmaq, başqa mədəniyyətlərin fərqini duymaq və anlamaq kimi keyfiyyətlərin aşılanması mövzusunda məşğələ zamanı komandanın futbolçuları Yarat Müasir İncəsənət Mərkəzi və Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi ilə tanış olub, dolğun məlumat əldə ediblər.
Qeyd edək ki, C.Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür.
Oxşar xəbərlər
Azərbaycan yığmasının üzvlərinə münasibət qurmağı öyrətdilər - FOTOLAR
Millinin üzvləri ekskursiyaya getdi - FOTO
Yığmamızın üzvləri "Şirvanşahlar" muzeyində - FOTOLAR
Futbolçular "Şirvanşahlar irsi dünya muzeylərində" oldu - FOTO
AFFA rəsmiləri yığma komanda ilə görüşdü - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası