reklam
“Traktor”un oyunu təxirə salındı
Sportfm.az xəbər saytı

“Traktor”un oyunu təxirə salındı


İranda ötən həftədən başlayan etirazlar bu ölkənin futbol üzrə yüksək liqasının oyunlarına təsirsiz ötüşməyib. 

Sportfm.az xəbər verir ki, İran Futbol Federasiyası bu səbəbdən bəzi oyunları təxirə salmaq qərarına gəlib.

Bu oyunlar arasında Cənubi Azərbaycan təmsilçisi "Traktor"un da matçı var. Belə ki, Təbriz klubu noyabrın 22-də doğma meydanda "Şəhr Xodro" ilə qarşılaşmalı idi. Amma federasiya bu matçın da etiraz aksiyalarına görə təxirə salındığını açıqlayıb.

Hələlik təxirə salınan oyunların hansı tarixdə keçiriləcəyi bəlli deyil. Federasiya buna daha sonra qərar veriləcəyini açıqlayıb.

"Traktor" 10 turdan sonra 17 xalla 5-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Azərbaycan klubu üçün 1 top bəs etdi
İsfahan klubu Təbriz klubu önündə aciz qaldı
Təmsilçimiz "Traktor" qələbə qazandı - İran çempionatı
“Traktor” 3 xalı 3 qolla qazandı - İran çempionatı
"Traktor"un oyunu təxirə salındı - Təbrizdə güclü qar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər