Gəlməsi ilə getməsi bir oldu
İtaliyanın “Breşiya” klubu yenidən baş məşqçi postunda dəyişiklik edib.
Sportfm.az xəbər verir ki, A Seriyası təmsilçisi bir müddət əvvəl baş məşqçi postuna gətirdiyi Fabio Qrosso ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Noyabrın 4-də baş məşqçi təyin olunan İtaliya yığmasının sabiq üzvü komandanı uğursuzluq zolağından çıxara bilməyib. Ardıcıl altı məğlubiyyətlə üzləşən klub rəhbərliyi çıxış yolunu yenidən baş məşqçi dəyişikliyində görüb.
Artıq “Breşiya”nın yeni baş məşqçisi də məlumdu. Klub rəhbərliyi Qrossonun əvəzində Eugenio Korinini baş məşqçi postuna gətirib.
Qeyd edək ki, “Breşiya” hazırda 13 oyuna topladığı 7 xalla sonuncu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Bu klub erməniyə tapşırıldı
İnzaqinin yeni iş yeri məlum oldu - 3 illik müqavilə
Üzülməzi üzdülər - İstefa
Balotelli yenə "boş oturmur" - Bu dəfə məşqlərə çıxmır
Maradona gedib geri döndü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MOK-da ikitərəfli tərəfdaşlıq müzakirə olundu
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku
-
Millimiz bu gün Cəbəllütariqlə qarşılaşacaq















Misli Premyer Liqası