Bu klub erməniyə tapşırıldı
“Monpelye”nin yeni baş məşqçisi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, Romen Pito ilə yollarını ayıran Liqa təmsilçisi onu Mişel Ter-Zakaryanla əvəzləyib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəsmi açıqlamada müqavilənin müddəti barədə məlumat verilməsə də, Fransa mətbuatı tərəflərin mövsümün sonuna kimi anlaşdığını yazıb.
Ter-Zakaryan 2017-2012-ci illərdə də bu komandada baş məşqçi kimi çalışıb. Komanda vaxtilə onun rəhbərliyi altında 161 oyun keçirib, 62 qələbə qazanıb, 54 heç-heçə edib, 45 məğlubiyyətə üzülüb. 59 yaşlı məşqçi karyerası ərzində “Nant”, “Klermon”, “Reyms” və “Brest”ə də rəhbərlik edib.
“Monpelye” bu mövsüm 22 oyuna topladığı 20 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Super Liqadan sonra Premyer Liqada çalışacaq - Təyinat
Xose Luis Mendilibar "Sevilya"nın yeni baş məşqçisidir
"Yarasa" yuvaya döndü - TƏYİNAT
“Verona”da yeni baş məşqçi - Müqavilə
Gəlməsi ilə getməsi bir oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev dünya çempionumuzla görüşdü - FOTO
-
AMADA “Zirə” üçün seminar keçirdi
-
“Neftçi” – “Sabah” oyununun bileti satışda - Premyer Liqa
-
MOK-da ikitərəfli tərəfdaşlıq müzakirə olundu
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku















Misli Premyer Liqası