reklam
Sportfm.az xəbər saytı

"Sabah"ın uşaq komandası İtaliya klubuna məğlub oldu


Gürcüstanın paytaxtı Tiflisdə təşkil edilən “Audi Cup”da iştirak edən “Sabah”ın U-14 komandası turnir çərçivəsində növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, təmsilçimiz bu dəfə İtaliyanın “Verona” klubuyla qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Matçda "Sabah"ın yeganə qoluna Mirhafiz Talışzadə imza atıb.

Xatırladaq ki, U-14 bundan öncə “Audi Cup”da İspaniyanın “Levante” (1:3) və Gürcüstanın “Saburtalo” (1:3) komandaları ilə qarşılaşmışdı.

Təmsilçimiz turnirdəki son oyununda 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq.

Oxşar xəbərlər

"Sabah" Gürcüstanda çempion oldu - Tbilisi Cup
"Sabah" Gürcüstanda 3-cü oldu - FOTO
"Sabah" Gürcüstanda sonuncu oldu
"Sabah" yenə məğlub oldu
"Sabah" növbəti mərhələdə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər