reklam
Sportfm.az xəbər saytı

"Sabah" Gürcüstanda çempion oldu -Tbilisi Cup


“Sabah”ın U-10 komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Tbilisi Cup” beynəlxalq turnirində iştirak edib.
Sportfm.az xəbər verir ki, 6 komandanın iştirakı ilə, 1 dövrəli sistemlə keçirilən turnirdə ölkəmizdən “Sabah” və “Vətən”lə yanaşı, Gürcüstanın “Saburtalo”, “Saburtalo-2”, “Selero”, Qazaxıstanın “Spartak Junior” komandaları iştirak edib. Bütün oyunlarını qələbə ilə başa vuran “Sabah” turniri birinci pillədə başa vurub.

"Sabah"ın U-10 komandasının turnir çərçivəsində keçirdiyi oyunlar:

"Sabah" – "Saburtalo-2" (Gürcüstan) 7:0
Qollar: 
Nazim Əliyev, Fərid Həsənli, Yusif Ağayev, Camal Əkbərli (2), Əli Həsənov, Hüseyn Nəbili.

"Sabah" – "Spartak Junior" (Qazaxıstan) 5:0
Qollar: 
Nazim Əliyev (3), Fərid Həsənli, Ayxan Əliyev.

"Sabah" –"Vətən" (Azərbaycan) 4:2
Qollar: 
Nazim Əliyev (3), Cəlal Məmmədli.

"Sabah" – "Selero" (Gürcüstan) 7:1
Qollar: 
Yusif Ağayev, Atilla Əlisoy (2), Əli Həsənov (2), Süleyman Qafarzadə, Fərid Həsənli.

"Sabah" – "Saburtalo" (Gürcüstan) 5:1
Qollar: 
Nazim Əliyev (2), Ayxan Əliyev (3).

​Turnidən sonra “Sabah” “Dinamo” (Tbilisi, Gürcüstan) ilə yoxlama oyununda qüvvəsini sınayıb. Görüş Azərbaycan təmsilçisinin 5:1 hesablı qələbəsilə başa çatıb. Matçda "Sabah"ın qollarına Fərid Həsənli (4) və Nazim Əliyev imza atıblar.

Oxşar xəbərlər

“Sabah” Gürcüstanda ikinci oldu - Shota Cup 2022
“Sabah”ın son sınağı - Yoxlama oyunu
“Sabah” “Şukura”ya qarşı - Yoxlama oyunu
"Sabah" Gürcüstanda sonuncu oldu
"Sabah" yenə məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər