reklam
Sportfm.az xəbər saytı

"Keşlə" saxlanılan məşqçisi ilə bağlı açıqlama verdi:"Layiqli şəkildə cəzalandırılmalarını..."


“Keşlə”nin əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar. 

Sportfm.az xəbər verir ki, hər iki şəxsdən izahat alınıb. Klubun saytı adı çəkilən şəxslər 2017-ci ildə “Binə” klubundakı fəaliyyətlərinə görə izahat verdiyini bəyan edib. “Keşlə” müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq. Klub aparılan araşdırmalarda "Keşlə"nin heç bir aidiyyatının olmadığını bəyan edib: "Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir".

Oxşar xəbərlər

“Keşlə” onlarla müqaviləyə xitam verdi - Danışılmış oyunlara görə
Danışılmış oyunlara görə 10 nəfər futboldan uzaqlaşdırıldı
"Keşlə"nin məşqçisi polis tərəfindən saxlanıldı - Səbəb isə...
AFFA-nın baş katibi danışılmış oyunlarla bağlı açıqlama verdi
AFFA bəyənat yaydı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər