reklam
İdmançımız 12 illik diskvalifikasiya olunub
Sportfm.az xəbər saytı

İdmançımız 12 illik diskvalifikasiya olunub


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2019-cu ildə milli səviyyədə 1350 test keçirib.

Sportfm.az xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, testlərdən 549-u yarış müddətində, 801-i yarışdan kənar müddətdə aparılıb. 2018-ci ildə yoxlama sayı 863, 2017-ci ildə 435 olub. Beləliklə, bu il test sayı əvvəlki illə müqayisədə 56,4 faiz, 2017-ci ilə nəzərən 3,1 dəfə artıb. Bu il 16 antidopinq qayda pozuntusu aşkarlanıb. Lakin hələ araşdırmalar davam edir və tam dəqiq rəqəm 2020-ci ilin ilk aylarında məlum olacaq.

2018-ci ildə bu rəqəm 27, 2017-ci ildə 22 olub. Antidopinq pozuntularından 4-ü ağırlıqqaldırma, 4-ü boks, hərəyə 2-si karate və güləş, hərəyə 1-i atıcılıq, sambo, cüdo və atletika növündə olub.

Dopinq testləri nəticəsində bir idmançıya 12 illik diskvalifikasiya tətbiq olunub. Lakin həmin idmançının adı və təmsil etdiyi idman növü açıqlanmayıb. Hazırda işin appelyasiyada olduğu bildirilir.

Oxşar xəbərlər

Azərbaycanda 7 idmançı dopinqə görə cəzaya məruz qalıb - AMADA açıqladı
Azərbaycanda dopinq aşkarlanan idman növləri - SİYAHI
AMADA açıqladı - Antidopinq qayda pozuntularını
İdmançılarımızın dopinq-testlərinin 2,7 faizi müsbət nəticə verdi
Azərbaycanda daha bir təhlükə - maddələrin istifadəsi yayılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər