reklam
Azərbaycanda dopinq aşkarlanan idman növləri -
Sportfm.az xəbər saytı

Azərbaycanda dopinq aşkarlanan idman növləri -SİYAHI


2021-ci il üzrə 19 antidopinq qayda pozuntusu üzrə araşdırma aparılıb.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli açıqlama verib.

O bildirib ki, qayda pozuntularından 13-ü bu il icraata götürülmüş, 6-sı isə ötən ildən başlanan icraatlardır: "19 icraatdan artıq 9-u üzrə qərar qəbul olunub. Bir işə isə xitam verilib".

Ş.Hüseynli 18 antidpoinq qayda pozuntusunun ümumilikdə 11 idman növündə qeydə alındığını əlavə edib. Bunlardan 5-i pauerliftinq, hərəyə 2-si güləş, velosiped idmanı, basketbol, hərəyə 1-i para-atletika, futbol, sambo, karate, boks, cüdo və paracüdoda qeydə alınıb.

İl ərzində 19 iş üzrə icraat aparılıb ki, onlardan 6-sı ötən il, 13-ü isə 2021 ci ilə icraata qəbul olunub. Bu il icraatda olan işlərdən basketbol, futbol və sambo idman növləri üzrə hər biri 1 iş olmaqla 3 iş üzrə qərar verilib. Basketbol və sambo idman növündə sanskiya qərarı qəbul edilib, futbolda növündə iş üzrə xitam qərarı çıxarılıb. 

Oxşar xəbərlər

AMADA-nın illik hesabatı: 1100 antidopinq testi, 7 qayda pozuntusu
Azərbaycanda 7 idmançı dopinqə görə cəzaya məruz qalıb - AMADA açıqladı
AMADA açıqladı - Antidopinq qayda pozuntularını
İdmançımız 12 illik diskvalifikasiya olunub
Azərbaycanda daha bir təhlükə - maddələrin istifadəsi yayılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər