Reytinq cədvəli açıqlandı, Şəhriyar gerilədi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, noyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 1 pillə geriləyib. O, 2770 reytinqlə 8-ci sırada qərarlaşıb.
Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) də 1 pillə geriləyərək 11-ci pillədə qərarlaşıb.
Digər şahmatçılarımızdan Nicat Abbasov (2668) 71-ci, Qədir Hüseynov (2666) 74-cü,Rauf Məmmədov (2659) 85-cidir. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.
Qadınlar arasında Günay Məmmədzadə 28-ci (2455), Gülnar Məmmədova (2386) 77-ci, Ülviyyə Fətəliyeva (2377) 87-ci, pillədə qərarlaşıb.
Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2872) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2822) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür.
Oxşar xəbərlər
Şahmatçılarımızın mövqeləri dəyişməz qaldı - FIDE reytinqi
Günay Məmmədzadə 3 pillə irəlilədi - FIDE reytinqi
Şəhriyar Məmmədyarov 1 pillə gerilədi - FIDE reytinqi
FİDE-nin yeni reytinqi açıqlandı - Şəhriyarla Teymur gerilədi
Şəhriyar və Teymur gerilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası