reklam
Şəhriyar və Teymur gerilədi
Sportfm.az xəbər saytı

Şəhriyar və Teymur gerilədi


Beynəlxalq Şahmat Federasiyası (FİDE) dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, noyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə geriləyib. O, 2772 reytinqlə 7-ci  pilləyə düşüb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) də 1 pillə geriləyərək 10-cu pillədə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2666) 77-ci, Nicat Abbasov (2663) 82-ci, Rauf Məmmədov (2659) 89-cudur. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb. Qadınlar arasında Günay Məmmədzadə 27-ci (2455), Ülviyyə Fətəliyeva (2387) 76-cı, Gülnar Məmmədova (2386) 78-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2872) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2822) ikinci, Liren Dinq (Çin, 2801) üçüncüdür.

 

Oxşar xəbərlər

Şəhriyar Məmmədyarov "TOP-10"da - FIDE reytinqi
Şahmatçılarımızın mövqeləri dəyişməz qaldı - FIDE reytinqi
Şəhriyar Məmmədyarov 1 pillə gerilədi - FIDE reytinqi
Reytinq cədvəli açıqlandı, Şəhriyar gerilədi
FİDE-nin yeni reytinqi açıqlandı - Şəhriyarla Teymur gerilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər